Türkiyə və Azərbaycan ifaçıları Moskva səhnəsində

 

 

   Martın 15-də Türkiyə və Azərbaycan artistləri Moskvanın "Krokus Siti Holl" səhnəsində ilk dəfə çıxış edəcəklər. "Türkiyə-Azərbaycan gecəsi" adlı konsertdə Yaşar Yusub, Parlak Banu, Adil Karaca, Samira Əfəndi, Çingiz Mustafayev, Vasif Əzimov, Pərviz Bülbülə, Damla, Yusuf Güney, İlyas Yalçıntaş, Türkan Vəlizadə və İsmayıl YK çoxminli auditoriya üçün ən yaxşı hitlərini ifa edəcəklər.

   Şux mahnılar, rəqs nömrələri, baraban şousu, duet ifaların yer alacağı konsert proqramı rusiyalı tamaşaçıları müasir Azərbaycan və türk estradası ilə tanış edəcəklər.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.16.