Bir günəş altında” tamaşası təqdim olunub

 

 

   Martın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” adlı tamaşa nümayiş etdirilib.

   Səhnə əsəri “British Council Azərbaycan” təşkilatı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gəlib. Tamaşada rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələr ifa ediblər.

   Tamaşada forum-teatr texnikasından istifadə edilib. Bu tamaşa fiziki imkanları məhdud olan sağlam insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir. Pyes teatrı sosial dəyişiklik üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi direktoru Tərlan Rəsulov daim yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.2.