Milli Teatr Günündə - Cümhuriyyətin 100 illiyi şərəfinə

 

   Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümün növbəti premyerasını 10 mart - Milli Teatr Günündə təqdim edəcək. Əlamətdar gündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi şərəfinə hazırlanan "Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq. Yazıçı-dramaturq Əli Əmirlinin pyesi əsasında tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib. Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

   Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin çətin, lakin şərəfli tarixindən bəhs edir.

   Rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant və başqaları ifa edirlər. Səhnə əsərində böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazibaşqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijorumusiqi tərtibçisi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimovdur.

 

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.2.