Festivalın rəngarəng konsert və tamaşaları
Martın 9-da Beynəlxalq Muğam
Mərkəzində “Muğam
aləmi” V Beynəlxalq
Muğam Festivalı çərçivəsində növbəti konsert keçirildi.
Konsert proqramında “Şur” muğam dəsgahı - “Bərdaşt”, “Mayə”,
“Şur-şahnaz”, “Bayatı-Türk”,
“Şikəsteyi-fars”, “Səmayi-şəms”,
“Sarənc”, “Şura ayaq” ifa olundu.
Tanınmış
xanəndə Qoçaq
Əsgərov instrumental ifaçılar
Əli Əsgər Məmmədov (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov və Hüsaməddin Əzizovun (nağara) müşayiəti ilə
tamaşaçılara zövq
dolu bir muğam axşamı bəxş etdi.
Konsertdə İmadəddin Nəsimi,
Məhəmməd Füzuli
və Şah İsmayıl Xətainin qəzəlləri səsləndi.
* * *
Həmin gün “Muğam
aləmi” festivalının
daha bir konsert proqramı Kamera və Orqan Musiqisi Zalında təqdim olundu. Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor - Xalq artisti Teymur
Göyçayev) çıxış
etdi.
* * *
İçərişəhərdəki Marionet Teatrında
isə Üzeyir Hacıbəylinin eyniadlı
operası əsasında
hazırlanmış “Leyli
və Məcnun” tamaşası nümayiş
etdirildi. Teatrın bədii
rəhbəri Tərlan
Qorçudur. 14 pərdəlik
marionet tamaşası
təxminən 3 il ərzində ərsəyə gəlib və 2016-cı ilin dekabrında sənətsevərlərə
təqdim olunub.
* * *
Martın 10-da festival çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində növbəti
konsertdə “Segah” muğamı (ifa edir Babək Niftəliyev) səslənəcək.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında isə Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Fariz
Mədəniyyət.-
2018.- 10 mart.- S.3.