“Dədə Qorqud” və
“Koroğlu” dastanları ilə
bağlı kitablar nəşr olunub
Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı”, “Koroğlu” dastanında obrazlar sistemi” kitabları nəşr olunub.
“Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabında eposun milli ədəbi fikrin inkişaf tarixində yeri və tarixi öyrənilib, müasir Azərbaycan nəsrində, poeziyasında və dramaturgiyasında dastanların ideya və motivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilərək tədqiq olunub.
“Koroğlu” dastanında obrazlar
sistemi” kitabında isə poetik
struktur problemi nəzəri
təhlil edilib. Əsərdə
dastanın mətninə, hər şeydən əvvəl epik sistem kimi
yanaşılıb və bu yanaşma dastanın obrazlar
sisteminin quruluş səviyyələrini
aşkarlamağa imkan
yaradıb. Kitabda dastanın süjeti epik
obrazlaşmanın səviyyələrindən biri
kimi götürülüb.
Mədəniyyət.-
2018.- 10 mart.- S.12.