Ən qocaman sənət
bayramımız
Peşəkar
milli teatrımızın 145 yaşı tamam olur
Azərbaycanda sırf incəsənətlə bağlı bir neçə peşə bayramı var ki, yaşına və əhatə dairəsinə görə onların arasında ən böyüyü Milli Teatr Günüdür. 1873-cü ilin 10 martında Bakıda Mirzə Fətəli Axundzadənin Lənkəran xanının vəziri komediyasının səhnələşdirilməsi ilə tarixə yazılan bu gün 2013-cü ildən bəri ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə bütün teatr işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bu il Azərbaycan teatrı üçün iki önəmli ildönümü - milli peşəkar teatrın yaranmasının 145, Azərbaycan Teatr Xadimləri İttifaqının sələfi olan Artistlər İttifaqının 120 illik yubileyləri ilə əlamətdardır.
Zaman və teatr - elmi-praktik konfrans
Bu münasibətlə
martın 9-da Teatr Xadimləri İttifaqında
(TXİ) Zaman və teatr: 145 ilin əsas inkişaf mərhələləri mövzusunda
elmi-praktik konfrans keçirildi. Əvvəlcə
TXİ idarə heyətinin
sədri, Xalq artisti, professor Azərpaşa Nemətov tədbirə toplaşanları
salamlayaraq Milli Teatr Günü münasibətilə təbrik
etdi.
İttifaqın idarə heyətinin
sədr müavini, Xalq artisti Hacı
İsmayılov konfransı
açıq elan edərək ilk məruzəçini
- Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İlham Rəhimlini tribunaya dəvət etdi. İ.Rəhimli Milli teatr və müstəqillik yolu adlı məruzəsində çar
Rusiyası zamanında,
Cümhuriyyət dövründə,
sovet dövrü və müstəqillik illərində Azərbaycan
teatr sənətinin keçdiyi inkişaf yollarına qısa ekskurs edərək hər dövrdəki teatr mühitinin xarakterik cizgilərini açıqladı. Keçmiş SSRİ ərazisində Volqaboyundan
Aşqabadadək teatrların
yaranmasında Azərbaycan
teatr xadimlərinin müstəsna rolundan danışan məruzəçi
söylədi ki, bizim milli teatrımız
multikultural dəyərlər
baxımından dünya
üzrə ilk sıralarda
olmağa layiqdir.
Ölkə ərazisində əsas
dövlət dilindən
başqa, rus, gürcü və ləzgi dilində dövlət teatrlarının
fəaliyyət göstərdiyini
vurğulayan İ.Rəhimli
indiyədək Azərbaycan
teatrlarında yetmişdən
çox xalqın milli dramaturgiya nümunəsinin tamaşaya
qoyulduğunu bildirdi.
ADMİU-nun doktorantı
Aida Qafarova isə Teatr Xadimləri İttifaqının Azərbaycan
teatr prosesində rolu mövzusunda çıxışında qurumunun
indiyədək keçirdiyi
festival və müsabiqələr,
yubiley və anım tədbirləri, işıq üzü görən tematik nəşrləri barədə
danışdı.
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent Vidadi Qafarovun Klassik əsərlərin səhnə təcəssümündə
ənənə və
novatorluq, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm
Əlizadənin Səhnəqrafiya:
tarixdən bu günə, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Rafiq Sadıxovun Azərbaycanda rejissuranın
inkişaf mərhələləri,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın Teatr və musiqi mövzusunda maraqlı məruzələri dinlənildi.
Sənətə
fədakar xidmətə
görə
Həmin gün qısa
fasilədən sonra Milli Teatr Günü
münasibətilə daha
bir tədbir baş tutdu. TXİ ilə Mədəniyyət
və Turizm Nazirliyinin birgə tədbirində yuvarlaq yubileylərini qeyd edən teatr xadimlərinə, teatrlarda
uzun illər yaradıcı, texniki və inzibati sahələrdə əmək
sərf etmiş insanlar, eləcə də gənc aktyor və aktrisalar təltif edildi.
Təqdimat mərasimində çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev əvvəlcə teatr sahəsində çalışan
xanımları geridə
qalan 8 mart - Beynəlxalq
Qadınlar Günü,
hamını isə
10 mart - Milli Teatr Günü, qarşıdan
gələn Novruz bayramı, həmçinin
27 mart - Beynəlxalq Teatr
Günü münasibətilə
təbrik etdi.
Nazir müavini çıxışında
Azərbaycan teatrının
müasir inkişaf yolundan söz açaraq söylədi ki, son 10 ildə teatrlarımız dünyanın
58 ölkəsində tamaşa
oynayıblar. Teatrda çalışan
texniki işçilər,
rejissor və rəssamlar xarici ölkələrdə ustad
dərslərinə, 6 aylıq
və ikiillik kurslara ezam ediliblər.
Azərbaycan artıq dünyada
teatral ölkə kimi də tanınır.
Əgər 2010-cu ildə
Bakıda keçirilmiş
ilk beynəlxalq teatr konfransında 20 ölkədən
nümayəndə iştirak
etmişdisə, bu ilin noyabrında keçiriləcək V konfransda
70 ölkəni təmsil
edən 200-dən artıq
teatr xadimi iştirak etmək istəyini bildirib. Eləcə də 2014-cü
ildə keçirilmiş
I Şəki Beynəlxalq
Teatr Festivalına cəmi 3 ölkə qatılmışdısa, bu
il təşkilat
komitəsinə 63 ölkədən
iştirak istəyi barədə təklif daxil olub. Lakin festivalın
formatı nəzərə
alınaraq 15 ölkə
teatr bayramına dəvət edilib. Bütün bunlar ölkə rəhbərliyinin teatra və teatr insanlarına
göstərdiyi qayğının
təzahürüdür. Teatr binaları təmir və bərpa edilir, yenidən qurulur. Son on ildə ölkə teatrlarında səhnəyə
vəsiqə almış
1082 tamaşanın 250-si dövlət
sifarişi ilə hazırlanıb. Teatr
sahəsində çalışan
887 nəfər fəxri
ada, 15 nəfər isə ali
dövlət mükafatına
- Şərəf və
Şöhrət ordenlərinə
layiq görülüb.
Ədalət Vəliyev çıxışının
sonunda Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərli və kollegiyası adından bir daha ölkənin teatr ictimaiyyətini bayram münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzuladı.
Sonra təltifat mərasimi
oldu. Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Zemfira Nərimanova, Əməkdar
artist Hicran Nəsirova
(hər üçü
Akademik Milli Dram Teatrı), aktrisa Sonra Quliyeva (Azərbaycan Dövlət Kukla Teatrı), aktyorlar Rafiz Mehdizadə (Dövlət Pantomima Teatrı) və Sayad Əliyev
(Lənkəran Dram Teatrı),
Faiq İskəndərov
(TXİ-nin baş mütəxəssisi), rəssam
Sara Məmmədova (Gəncə
Kukla Teatrı) Mədəniyyət və
Turizm Nazirliyinin fəxri fərmanına layiq görüldülər.
Aktrisalar Günel Məmmədova (Gənc Tamaşaçılar Teatrı),
Lina Məmmədova (Azərbaycan Dövlət Kukla Teatrı), Gültac Əlili (Musiqili Teatr), Mətanət Eres (Şuşa teatrı), Zümrüd Qasımova (Yuğ teatrı), Milli Dram Teatrının dekor sexinin rəisi
Tarix Kərimov, Opera və Balet Teatrının
dekorçu rəssamı
Tehran Babayev və həmin teatrın direktor müavini Arzu Rzayev, Rus
Dram Teatrının direktor
müavini İlham Məmmədov nazirliyin «Fəxri mədəniyyət
işçisi» döş
nişanı ilə təltif edildilər.
Teatr Xadimləri İttifaqı da sənət adamları qarşısında borclu qalmadı. Ötən ilin sonunda 70 yaşını qeyd etmiş Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyliyə TXİ-nin fəxri üzvünün vəsiqəsi və Sənətkar medalı təqdim edildi.
Bu il yuvarlaq yaş dönəmlərini qeyd edən daha 14 nəfər teatr xadimi də Sənətkar medalı ilə təltif edildi, 13 nəfərin çoxillik əməyi isə TXİ-nin fəxri fərmanı ilə qiymətləndirildi.
G.Mirməmməd
Mədəniyyət.-
2018.- 10 mart.- S.2.