Gənc Tamaşaçılar
Teatrı festival və
olimpiadaya qatılıb
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı
Birləşmiş Ərəb
Əmirliklərinin Əl-Füceyra
şəhərində keçirilən
VIII Beynəlxalq Monodram
Tamaşalar Festivalında
və Hindistanda keçirilən VIII Beynəlxalq
Dünya Teatr Olimpiadasında iştirak edib.
Teatrdan verilən məlumata
görə, səfər
zamanı T.Vəliyevanın
“Cəza” (təkadamlıq
oyun) əsəri əsasında hazırlanmış
eyniadlı tamaşa təqdim edilib.
Tamaşanın
rejissoru, Əməkdar
incəsənət xadimi
Mehriban Ələkbərzadə
səfər təəssüratlarını
bölüşərkən deyib: “Hər iki səfərdə, Əl-Füceyradan sonra Dehli və Kəlküttədə
həyəcan dolu və füsunkar günlər yaşadıq.
Çox
gözəl və məhsuldar səfər oldu. Tamaşamız maraqla qarşılandı.
Aktrisa Kəmalə Hüseynovanın
oyunu tamaşaçılarda
möhtəşəm təəssürat
yaratdı”.
Mədəniyyət.-2018.- 14 mart.-
S.10.