Fiziki məhdudiyyət sənətə əngəl deyil

 

   Martın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət “Deaf Men Dancing” rəqs ansamblı “Ten” rəqs tamaşasını təqdim edib.

   Təqdimat “British Council Azərbaycan”ın təşkilatçılığı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi və Nizami Kino Mərkəzinin birgə tərəfdaşlığı ilə gerçəkləşib.

   British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olanolmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

   Deaf Men Dancing” rəqs ansamblı eşitmə qabiliyyəti məhdud olan rəqqasları bir araya toplayır. Onlar birlikdə unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır.

   Ten” adlı yeni rəqs tamaşası ansamblın bədii rəhbəri və xoreoqrafı Mark Smit, dizayner Rayn Douson Leyt və bəstəkar Şon Çandlerin birgə səyləri ilə ərsəyə gəlib. TamaşadaHuman Foundation” təşkilatının “Human Deaf Community” (eşitmə qabiliyyəti olmayan insanlar) icmasının nümayəndələri və eşitmə məhdudiyyətli insanlar da iştirak ediblər.

 

Mədəniyyət.-2018.- 14 mart.- S.10.