“Yurdumuza yaz gəlir”
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, Ağstafa rayon MKS və rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə martın 14-də “Yurdumuza yaz gəlir” adlı tədbir keçirilib. MKS-nin direktoru S.Nağıyeva Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edərək hər kəsə ən xoş arzularını çatdırıb.
Regional idarənin rəisi Ramiz Quliyev çıxışında qeyd edib ki, Novruz xalqımızın minilliklərdən gələn mədəni və mənəvi sərvətidir. Müəyyən dövrlərdə xarici, yad təsirlər Azərbaycan xalqının milli dəyərlərinə sadiqliyini əlindən ala bilməyib, xalqımız özünün milli dəyərlərini qoruyub və inkişaf etdirib.
Tədbirdə bayram tonqalı yandırılıb, milli geyimli oğlan
və qızlar “Yallı” rəqsini ifa
ediblər. Novruzun personajları olan Kosa və Keçəlin
iştirakı ilə oyunlar maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.- 16 mart.-
S.4.