Xalq yazıçısı Anara Prezidentin Fəxri diplomu təqdim edilib

 

   Ədibin yubileyi ölkəmizdə onun hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək

  

   Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 yaşı tamam oldu. Prezident İlham Əliyev martın 13-də yazıçının Azərbaycan mədəniyyətinin inkişafı təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı 80 illik yubileyi münasibətilə Anara təbrik məktubu da ünvanlayıb.

   Martın 14-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Yazıçılar BirliyindəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

   Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

   Anarın şəxsiyyəti yaradıcılığı haqqında söz açan Əbülfəs Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir dramaturq, həm ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

   Görüşdə bir sıra təkliflər irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

   Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.6.