“Nizami
mədəni irsinin müasir dövrdə interpretasiyası”
VI Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq elmi konfrans keçirilib
Martın 14-də
VI Qlobal Bakı Forumu çərçivəsində
Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi və Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının
birgə təşkilatçılığı
ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) vitse-prezidenti, akademik
İsa Həbibbəyli
dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi,
dünya ədəbiyyatına
böyük töhfə
verən qüdrətli
simalardan biri olduğunu deyib. Bu dahi söz
ustadını Şərqin
və Qərbin görkəmli sənətkarları
ilə müqayisə
edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının
Makedoniyalı İsgəndəri
adlandırıb. O deyib:
“Makedoniyalı İsgəndər
hərbi qüdrəti,
gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri
ilə dünyanı fəth edib”.
Akademik diqqətə çatdırıb
ki, Nizami Gəncəvinin beş
ölməz poeması
dünya ədəbiyyatına
tamamilə yeni bir poetik səs,
nəfəs gətirib.
Bu poemalar “Xəmsə”
adı altında dünya ədəbiyyatı
xəzinəsinə töhfəsini
verib. Nizami Gəncəvinin Şərq
intibahının zirvəsində
dayandığını deyən
İ.Həbibbəyli dahi
şairin ədəbi
məktəb yaratdığını
bildirib. Vurğulanıb ki, bu ədəbi
məktəb bütün
mədəni dünyada
yaşayır. Çünki Nizaminin əsərlərindəki
ideyalar dünyanı düşündürən ideyalar
olub.
“Nizami XXI əsrdə dünyanı
yenə də ədalət, azadlıq, sülhə çağırış
idealları uğrunda
mübarizəyə səsləyir”,
- deyə İ.Həbibbəyli
çıxışını yekunlaşdırıb.
AMEA-nın
Humanitar Elmlər Bölməsinin akademik-katibi,
Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli müstəqillik illərində
ölkəmizdə nizamişünaslıq
sahəsində aparılan
tədqiqat işlərindən
danışıb. O, dünyada
dahi Nizami Gəncəvinin əsərlərinə
daim ehtiyac duyulduğunu diqqətə
çatdırıb. Bildirilib ki,
Nizaminin yaşamasının
sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki
multikultural dəyərlərdədir.
Sonra Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının
sədri, professor Rəhilə Qeybullayeva konfrans haqqında məlumat verib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru
İsmail Seragəldin
Nizami Gəncəvini qeyri-adi şəxsiyyət,
fitri istedad sahibi, bir neçə
dildə danışa
bilən, ensiklopedik biliyə malik bir insan kimi
səciyyələndirib. Nizaminin
“Divan” yazdığını, lakin dünya ədəbiyyatı tarixinə
adını “Xəmsə”
ilə həkk etdiyini deyən İ.Seragəldin vurğulayıb
ki, bu əsərlər
səkkiz əsrdən
çoxdur ki, yaşayır və dünyada qəbul edilir. Bunu dünyanın tanınmış
tənqidçiləri də
təsdiq edir. Nizaminin əsərləri bu gün mədəniyyətlərarası
dialoq platforması kimi çıxış edir. Onun əsərlərində qadın təkcə gözəllik predmeti deyil, həm də ağıl sahibi kimi təsvir
olunur.
Nizaminin əsərlərindəki ideyaların genişliyindən
danışan Kembric Universitetinin təmsilçisi
Kristin van Rumbeke hələ
tələbəlik illərindən
onun əsərlərinə
aşiq olduğunu, bu sevginin indi
də davam etdiyini deyib. Dahi Nizaminin ədəbi qaynaqlardan və süjetlərdən yaradıcılıqla
istifadə etdiyini bildirən K.Rumbeke şairin ideyaları sadə və poetik şəkildə oxucuya çatdırmaq bacarığını xüsusi
vurğulayıb. Eyni zamanda
alim Nizaminin geniş dini biliklərə, eləcə
də dövrünün
elmlərinə sahib olduğunu
qeyd edib.
Elmi konfrans işini “Nizami və milli ədəbiyyat-mədəniyyət
nəzəriyyələri dəyişən
sərhədlər diskursunda”,
“Arxetiplər və təkrarlanan mədəniyyətlər”,
“Milli kimlik: ortaq keçmiş və onun müasir
interpretasiyası”, “Nizami
yaradıcılığında konseptlər, obrazlar və dəyərlər: müasir dövrdən keçmişə baxış”,
“Nizami irsi orta əsrlər simvolları və regional konseptlər diskursunda”, “Nizami irsi musiqi
interpretasiyasında və
tətbiqi incəsənətdə”
mövzularında panel iclaslarla
davam etdirib.
Panel iclaslarda Azərbaycanın və xarici ölkələrin alimlərinin
mühazirələri dinlənilib, müzakirələr
aparılıb, suallar
cavablandırılıb.
Mədəniyyət.- 2018.- 16 mart.-
S.7.