Muğam avazlı səkkiz gün

 

   V Beynəlxalq Muğam Festivalı başa çatdı

  

   Artıq neçə illərdir ki, müxtəlif musiqi festivallarına ev sahibliyi edən paytaxtımızda daha bir beynəlxalq sənət bayramı tarixə qovuşdu. Martın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının son zəngulələri vuruldu.

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən və səkkiz gün davam edən festival ənənəvi beynəlxalq simpoziummuğam müsabiqəsi ilə də əlamətdar oldu.

   Bağlanış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nunSülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dedi ki, bu günlər ərzində Bakının bütün gözəl konsert salonlarında muğam havası hökm sürdü:Yeddi axşam Beynəlxalq Muğam Mərkəzində bizim əvvəlki müsabiqə laureatlarının ifasında klassik Azərbaycan muğam dəsgahlarına qulaq asdıq. OperaBalet Teatrında Üzeyir Hacıbəylinin şah əsərinə - “Koroğlu” operasına, dahi bəstəkarımız Qara QarayevinYeddi gözəl” baletinə, Müslüm MaqomayevinŞah İsmayıl” operasına baxdıq, Marionet teatrında “Leyli və Məcnun” tamaşasını, Musiqili Teatrda çox sevdiyimiz “O olmasın, bu olsun” komediyasını seyr etdik. Bütün bunlar muğamın təsiri altında yaradılmış səhnə əsərləridir. Bu tamaşalar Azərbaycan muğam ifaçılığı sənətinin hansı yüksəklikdə olduğunu sübuta yetirdi və qəlbimizi qürur hissi ilə doldurdu”.

   Diqqətə çatdırıldı ki, festival günlərində qonaqlar Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” estrada-folklor , “Qaytağı” instrumental ansambllarının çıxışlarından zövq aldılar: “Muğama həsr etdiyimiz simpoziumda isə dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər öz tədqiqatlarının nəticələrini bizimlə bölüşdülər. Yeddi gün ərzində biz muğam möcüzəsi yaşadıq. Bu axşam isə biz müsabiqəmizin yeni laureatlarının adlarını elan edəcəyik”.

   Firəngiz Əlizadə artıq beşinci dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi: “Biz bir vaxtlar Səmərqənddə muğam simpoziumunda olarkən arzu edərdik ki, Azərbaycanda da beynəlxalq səviyyəli belə böyük elmi-musiqili məclislər baş tutsun. Nəhayət ki, biz buna nail olduq. Bu şəraitin yaradılmasına, beynəlxalq miqyaslı tədbirləri yüksək səviyyədə keçirə bildiyimizə görə ölkə rəhbərliyinə minnətdarıq. Mədəniyyət və Turizm Nazirliyinə, Elmlər Akademiyasına təşkilatçılıq fəaliyyətinə görə təşəkkür edirik”.

   Sonra müsabiqə qalibləri F.Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Koroğlu” operasından Çənlibel səhnəsinin musiqi sədaları altında səhnəyə çıxdılar. Onlara mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və festivalın bədii rəhbəri Firəngiz Əlizadə təqdim etdilər.

   Qeyd edək ki, Milli Konservatoriyada instrumentalvokal bölmələri üzrə müsabiqəyə qatılanların sənət məharəti beynəlxalq jüri - Azərbaycan, Polşa, Türkiyə, İranTacikistandan muğam biliciləri tərəfindən dəyərləndirilib.

   Beləliklə, solo muğam ifaçılığı üzrə Elsevər Muradov (Azərbaycan) və İlyos Arabov (Özbəkistan) birinci, Sardor Soliyev (Tacikistan) və Pərviz Qasımov (Azərbaycan) ikinci mükafata layiq görüldülər.

   İnstrumental muğam ifaçılığı üzrə birinci mükafat Nurlan Cəbizadəyə (Azərbaycan) verildi. İkinci yeri Elnur Mikayılov (Azərbaycan) və Aria Mohafez (İran) paylaşdılar. Otayon AkramovAzamat Erqaşovun (hər ikisi Özbəkistan) çıxışları üçüncü mükafat ilə qiymətləndirildi.

   Müsabiqədə iştirak etmiş Noam Dayan (İsrail), Omer Abdo (Misir) və Arifə İmanova (Azərbaycan) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi xüsusi diplompul mükafatını aldılar.

   Təqdimatdan sonra nazir Əbülfəs Qarayev qalibləri təbrik edərək festivalın yekun sözünü söylədi: “Çox xoşdur ki, Azərbaycan Çindən ta Afrika ölkələrinədək geniş ərazidə yaşayan xalqların musiqi mədəniyyətində xüsusi yeri olan muğama həsr olunmuş növbəti beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etdi. Biz çox sevinirik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlamış festival artıq öz ənənələrini yaradıb. Hamınıza bildirmək istəyirəm ki, Birinci vitse-prezidentin qərarı ilə üç ildən bir simpozium və müsabiqə də daxil olmaqlaMuğam aləmi” beynəlxalq festivalı davamlı olaraq keçiriləcək. İndidən biz artıq növbəti festivala hazırlığa başlayırıq. Bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib gənc istedadları dinləyən, onların qabiliyyətini qiymətləndirən münsiflər heyətinə təşəkkür edirəm. Əminəm ki, bu axşam ifasını eşidəcəyimiz qaliblərin konsertiMuğam aləmi” festivalının zirvəsi olacaq”.

   Təltifetmə mərasimindən sonra beynəlxalq müsabiqə qaliblərinin konserti oldu. Qazaxıstandan gəlmiş “Nomat” ansamblının müşayiəti ilə Pərviz Qasımovun “Sarı gəlin” xalq mahnısı performansı, Azərbaycanı təmsil edən bütün qaliblərin birgə çıxışı alqışlarla qarşılandı. Konsert Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xoruorkestrinin ifasında bəstəkar Vasif Allahverdiyevin Zəlimxan Yaqubun sözlərinə bəstələmiş “Azərbaycan torpağıyam” əsərinin ifası ilə başa çatdı.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.8.