“Eviniz
abad” filminin təqdimatı keçirildi
Martın 16-da Nizami Kino Mərkəzində
rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı oldu. Ekran əsəri Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
gürcü kinematoqrafçıları
ilə birgə istehsal olunub.
Əvvəlcə səhnəyə yaradıcı qrupun üzvləri çıxdı.
Filmin rejissoru Mirsadıq Ağazadə çıxış
edərək ekran əsəri haqqında ətraflı məlumat verdi. Bildirdi ki,
“Eviniz abad” bədii filmində gürcü aktyorlar da yer alıb.
Çəkilişlər Azərbaycanda və
Gürcüstanda aparılıb.
Film iki xalqın
dostluğu, qardaşlığı,
qarşılıqlı xeyirxahlığı
haqqındadır. Eyni zamanda
hər iki xalqın məruz qaldığı dəhşətli
müharibə və bu müharibənin törətdiyi fəsadlara
da geniş yer verilib.
Mirsadıq Ağazadə vurğuladı
ki, filmin ərsəyə gəlməsi
bir neçə il sürüb,
bu müddətdə yaradıcı heyətin bir neçə üzvü, o cümlədən
bəstəkar Rauf Əliyev dünyasını
dəyişib.
Rejissor qeyd etdi ki, çətinliklə də olsa filmin
istehsalını başa
çatdıra biliblər.
Daha sonra film nümayiş
olundu.
Qeyd edək ki, filmin
ssenari müəllifləri
İmir Məmmədli
və Mirsadıq Ağazadə, quruluşçu
rejissoru Mirsadıq Ağazadə, quruluşçu
operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı
Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri
Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Sənan Əlləz, Nino İaşvili, Zaza Qoquadze, Kamran Şahmərdan, Paata Quliaşvili, Qorxmaz Əlicanzadə, Zanda İoseliani, Nofəl Quliyev, Sofiya Qorelaşvili, Oleq Əmirbəyov və başqaları çəkiliblər.
Qeyri-adi əhvalat üzərində
qurulmuş, azərbaycanlı
oğlanla gürcü
qızının məhəbbətindən
bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir.
Fariz
Mədəniyyət.- 2018.- 20 mart.-
S.6.