Moskvada ölkəmizin işgüzar
turizm imkanları təbliğ olunub
Xəbər verdiyimiz kimi, 13-15 mart tarixində keçirilən 25-ci Moskva Beynəlxalq Səyahət və Turizm sərgisində (MİTT-2018) Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də geniş nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan Konqreslər Bürosu da nazirliyin dəstəyi ilə sərgidə iştirak edib.
Tədbirdə büro nümayəndələri Azərbaycanın işgüzar turizm (MICE) - toplantı, konfrans və sərgilərin təşkili ilə bağlı imkanları və bu il mayın 1-dən 31-dək keçiriləcək növbəti Bakı Şopinq Festivalının təbliğatını aparıblar. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə 50-dən artıq işgüzar görüş keçirilib. Rusiyanın turizm və təşviqat agentlikləri Azərbaycanın turizm sahəsinə xüsusi maraq göstəriblər.
Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisi Rusiyanın ən böyük səyahət və turizm sərgisi olmaqla, dünyanın ilk beş turizm sənayesi hadisələrindən biri kimi dəyərləndirilir.
2013-cü
ildən fəaliyyətə başlayan Azərbaycan
Konqreslər Bürosunun vəzifələrindən
biri də Mədəniyyət və Turizm Nazirliyinin, eləcə
də digər aidiyyəti dövlət qurumlarının dəstəyi
ilə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirləri
cəlb etmək və ölkəni beynəlxalq səviyyəli
təyinat məkanı kimi təbliğ
etməkdir. Büro bu məqsədlə
dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq,
hədəf bazarlarla yaxın əlaqələr
qurur, bazar
iştirakçılarını ölkəyə cəlb etməyə
çalışır və beynəlxalq konqres
və seminarlarda fəal iştirak
edir.
Mədəniyyət.- 2018.- 20 mart.-
S.9.