Akademik Milli Dram Teatrında yeni premyera
Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki - bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası
olub.
Səhnə əsərinin quruluşçu
rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğlu, işıq
rejissoru Rafael Həsənov,
səs rejissoru Şahanə Səlimovadır.
Tamaşanın bədii rəhbəri
Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa
Nemətovdur.
Rollarda Əməkdar artist Ayşad
Məmmədov, aktyorlar
İlahə Həsənova,
Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış
edəcək.
Səhnə əsəri qəhrəmanın
əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
İki dünya
arasında sahibsiz bir
məkana düşmüş qəhrəman
vəfat etmiş qadını ilə
ünsiyyətə girir. Qəhrəman
sadəlövhcəsinə elə vəziyyətlər
yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən
qaçılmaz şəkildə imtina
etməli olur.
Mədəniyyət.- 2018.- 28 mart.-
S.3.