Azərbaycan multikulturalizminə həsr olunmuş beynəlxalq konfrans
Martın 27-də
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) “Erməni terroru
Azərbaycan multikulturalizminə
qarşı: 1905-2018” mövzusunda
beynəlxalq konfrans işə başlayıb.
Tədbir BBMM tərəfindən “Terror multikulturalizmə qarşı”
layihəsi çərçivəsində
Azərbaycan Dillər
Universiteti ilə birgə keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı
direktor əvəzi Rəvan Həsənov konfransı açaraq erməni terrorizmi və onun ağır
fəsadlarından danışıb.
Prezident Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Etibar Nəcəfov erməni terrorizminin təkcə azərbaycanlılar
üçün deyil,
digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaratdığını deyib.
Azərbaycan Milli Elmlər
Akademiyası Qafqazşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı Musa Qasımlı
erməni vəhşiliklərini
tarixi faktlarla diqqətə çatdırıb.
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması
ilə bağlı gördüyü işlərdən
danışıb.
Konfrans panel müzakirələrlə davam
edib.
Mədəniyyət.- 2018.- 28 mart.-
S.15.