Cümhuriyyətin 100 illiyi mövzusunda mühazirə dinlənilib

 

 

   Estoniyanın Tartu Universitetinin Yohan Şütte adına Siyasi elmlər məktəbində “Azərbaycan günükeçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir məktəbin azərbaycanlı tələbələrinin təşəbbüsü ilə təşkil edilib.

   ADA Universitetinin Estoniyada səfərdə olan professoru Anar Vəliyev tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda mühazirə oxuyub. Mühazirədə Xalq Cümhuriyyətinin yaradılmasının həm Azərbaycan, həm də bölgə üçün əhəmiyyətindən, respublikanın qısa müddətdə qazandığı nailiyyətlərdən, beynəlxalq miqyasda tanınmaq istiqamətində aparılan mübarizədən bəhs edilib.

   Dinləyicilərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrü haqqında tarixivizual təsəvvürlərin formalaşdırılması üçün mühazirədən sonra “Əli və Ninofilmi nümayiş etdirilib. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

   Tədbir iştirakçılarına Azərbaycanla bağlı məlumatlar, kitablarNovruz şirniyyatları təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.15.