Bakıda ikinci “Testene
Art” incəsənət festival-müsabiqəsi
Martın 27-də
Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin dəstəyi
ilə İtaliyanın
“Testene Art Baku” Beynəlxalq
Mədəniyyət Assosiasiyasının
və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı
ilə Beynəlxalq incəsənət festival-müsabiqəsi
başlayıb.
İkinci dəfə keçirilən
müsabiqənin münsiflər
heyətinə Rusiyanın
Xalq artisti Viktor Pelenyaqre, Rusiyanın və Tatarıstanın Xalq artisti Renat
İbrahimov, bəstəkar,
pianoçu, Litva Musiqi Akademiyasının professoru Arturas Ankskauskas, professor, Litva-Avstrya
cəmiyyətinin prezidenti
Petras Kunka daxildir.
Müsabiqə 7 nominasiya (vokal,
instrumental, rəqs, teatr,
folklor, təsviri incəsənət, moda və dizayn) üzrə keçirilir.
Müsabiqənin ilk günündə simli alətlər üzrə akademik vokal və fortepiano ifaçılarının çıxışları dinlənilib. Martın 28-də nəfəs və zərb alətləri, xor, ansambl, xalq çalğı alətləri üzrə, 29-da isə estrada oxuma və rəqs nominasiyaları üzrə çıxışlar olub.
Martın 30-da Mərdəkan Mədəniyyət sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi olacaq. Festivalda qalib gələn iştirakçılara diplomlar, hədiyyə və təşəkkürnamələr təqdim ediləcək. Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.
Mədəniyyət.- 2018.- 30 mart.-
S.3.