"Vətənim Azərbaycan" - xalq musiqisini təbliğ edən layihə

 

   Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş təbliğinə həsr olunmuş silsilə layihələr həyata keçirir.

   “Vətənim Azərbaycan” adlı layihənin iki tədbirdən ibarət açılış konserti təqdim olunub. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov çıxış edib. İfaçını "Buta" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.

   Eldəniz Məmmədovun ifasında "Zabul" muğamı, "Zəminxarə" təsnifi, "Qarabağ şikəstəsi", "Sarı gəlin" xalq mahnısı və bəstəkar mahnıları alqışlarla qarşılanıb.

 

Mədənityyət.- 2018.- 30 mart.- S.5.