Polşa jurnalında
paytaxtımızdakı turizm filmləri
festivalı haqqında məlumat
Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə keçirilən
Bakı Beynəlxalq Turizm Filmləri
Festivalı (BBTFF) 2018-ci ildə artıq 5-ci dəfə təşkil
olunacaq. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı
Vyana şəhərində yerləşən
Beynəlxalq Turizm Filmləri
Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Polşanın “FilmAT” beynəlxalq
festivalının direktoru və
eyniadlı film, sənət və turizm jurnalının baş
redaktoru Eva Kotus CİFFT-nin üzvüdür. Jurnal bu il də
CİFFT-nin fəaliyyətinə
və quruma daxil olan festivallara
həsr edilib.
Jurnalda 2017-ci il 15-18 noyabrda
keçirilmiş IV Bakı
Beynəlxalq Turizm Filmləri Festivalı barədə geniş məlumat verilib. Hər il Bakı
festivalının qonağı
olan Eva Kotus paytaxtımızda qaldığı
mehmanxanaların rahatlığı,
xidmət səviyyəsi
və ləziz səhər yeməyi ilə bağlı xoş təəssüratlarını
paylaşmaqla yanaşı,
gəzib gördüyü
şəhərin qədim
küçələrindən, ecazkar, müasir hündür binalarından,
möhtəşəm görünüşə
malik maraqlı mədəniyyət ocaqları
və muzeylərindən
bəhs edir. O, eyni zamanda Nizami
Kino Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyi və Bakı Turizm Peşə Məktəbinin
birgə təşkilatçılığı
ilə festivalın qonaqları üçün
təşkil edilmiş
Azərbaycan çay süfrəsi ilə bağlı unudulmaz təəssüratlarını bölüşüb.
Bundan başqa, jurnalda CİFFT festivalları arasında
ilk dəfə Azərbaycan
və Polşa tərəflərinin təşəbbüsü
ilə 12-ci Polşa “FilmAT” festivalının təşkilat komitəsi tərəfindən müxtəlif
xalqların nümayəndələrindən
ibarət tələbə
münsiflər heyətinin
yaradılması və
heyətin tərkibinə
Polşa və Azərbaycandan tələbələrin
daxil edilməsi barədə məlumat da verilib. Qeyd olunub
ki, Bakı Turizm Peşə Məktəbi “FilmAT” festivalında fəal iştirakına görə
diplomla təltif edilib.
Ətraflı məlumatı
veb-səhifəsindən əldə etmək olar.
Mədənityyət.- 2018.- 30
mart.- S.8.