“Azərbaycanım” - uşaq
rəsm müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalı keçirilir və festival çərçivəsində müsabiqə elan olunur.
“Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşdırılan layihə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, doğma elə, Vətənə məhəbbət aşılamaq məqsədi daşıyır.
Festival-müsabiqədə
iştirak etmək istəyənlər
yaşadığı bölgənin abidələrinin, yerli mətbəx nümunələrinin,
bölgəyə xas olan
flora və faunanın, qədim əşya
və ya bölgə üçün
xarakterik olan qədim
geyimlərin, musiqi alətlərinin və
s. təsviri, habelə hərbi-vətənpərvərlik mövzulu
və qəhrəmanların obrazlarının əksi olan rəsmlərin fotosunu,
özləri haqqında məlumatı (ad,
soyad, təvəllüd, əlaqə
nömrəsi, oxuduğu məktəb və
ya təsviri sənətlə məşğul
olduğu tədris mərkəzinin
adı) əlavə etməklə may ayının 5-dək Xətai Sənət
Mərkəzinə (email: xsm.2016@mail.ru və
mərkəzin sosial şəbəkə
səhifələri) təqdim etməlidir. 15 yaşına qədər
uşaq və yeniyetmələrin
qatıla biləcəyi sənət yarışmasında 30
əsər seçiləcək və müəllifləri
mükafatlandırılacaq.
Mədəniyyət.- 2018.- 30 mart.-
S.12.