Bakıda dördüncü Britaniya film festivalı başlayıb

 

   Mayın 1-də Bakıda “British Council Azerbaijan”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Britaniya filmlərinin nümayişi başlayıb.

   Sayca dördüncüBritaniya Film Baharıfestivalı “British Council” təşkilatının ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilib.

   Festivalın proqramına 8 ekran əsəri - "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House) filmləri daxildir.

   Bütün filmlər ingilis dilində, Nəfəs al”, “Dafna” və “İngiltərə mənimdir” filmləri həm də Azərbaycan dilində alt yazılarla təqdim ediləcək.

   Festivalın açılışı günü rejissor Endi SerkisinNəfəs al” filmi göstərilib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.2.