Ulu öndər gənc istedadların himayədarı idi
Görkəmli dövlət xadimi
Heydər Əliyevin anadan olmasının
95 illiyinə həsr edilən tədbir
Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbi Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə birgə ümummilli liderin anadan olmasının 95 illiyinə həsr edilmiş “Mən azərbaycanlıyam” adlı tədbir keçirib.
Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçinin gənclərlə çoxsaylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət və qayğı göstərib. “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” imzalanan fərmanlar gənc istedadlar üçün geniş imkanlar yaradıb.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mədəniyyətə, mənəvi irsə göstərdiyi qayğı nəticəsində gənc istedadların sorağı dünyanın ən məşhur mədəniyyət ocaqlarından gəlir.
Sonra konsert proqramı təqdim olunub. Məktəbin
xor kollektivinin ifasında Heydər Əliyevə ithaf olunmuş "Ey Vətən" və
"Mən azərbaycanlıyam"
əsərləri, skripkaçılar
qrupunun ifasında L.Minkusun "Don Kixot" baletindən Mersedesin rəqsi, xalq çalğı alətləri
ansamblının ifasında
V.Adıgözəlovun "Bayram süitası" maraqla qarşılanıb.
Şagirdlərin ifasında səslənən
Q.Qarayev, A.Məlikov, H.Vəkilov, List, Şopen və Debüssinin əsərləri gecəyə
xüsusi rəng qatıb. Ulu öndərin mədəniyyət
və incəsənət
xadimləri, habelə
uşaq və yeniyetmələrlə görüşlərini
əks etdirən videogörüntülər nümayiş
olunub.
Tədbirin sonunda baş
idarənin rəisi Vuqar Zeynalov məktəbin müəllim
və şagird kollektivinə təbriklərini
çatdırıb. Şagirdlərə fəxri fərmanlar təqdim edilib.
Konsert proqramını Suraxanı
Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Rəşad Hacıyev, YAP
rayon təşkilatının sədri Vüqar Seyidov, musiqi məktəblərinin direktorları,
Suraxanı rayon ümumtəhsil
məktəblərinin kollektivləri
izləyiblər.
Lalə
Mədəniyyət.- 2018.- 2 may.-
S.4.