Bakı Musiqi Akademiyasında elmi-praktik konfrans
Mayın 1-də
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli
çıxış edərək
ümummilli liderin keçdiyi həyat yolundan danışıb, mədəniyyətə diqqət
və qayğısından,
o cümlədən Azərbaycan
musiqiçilərinə verdiyi
dəyərdən bəhs
edib. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar
edib.
F.Bədəlbəyli dünya şöhrətli
siyasi xadimin idarəetmə bacarığı,
prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı
ilə ölkəmizin
ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış
uğurlardan söz açıb. O, müdrik
şəxsiyyətin ölkəmizə
rəhbərlik etdiyi illəri Azərbaycanın
tarixinə qızıl
hərflərlə yazılmış
mərhələ kimi
qiymətləndirib.
Sonra filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Heydər Əliyev müstəqil Azərbaycanın
memarı kimi”, BMA-nın böyük elmi işçisi, dosent Ariz Abduləliyevin
“Azərbaycan musiqi incəsənətinin inkişafında
Heydər Əliyevin tarixi xidmətləri”, Xalq artisti Xuraman
Qasımovanın “Mənim
Heydər Əliyev və onun ailəsi
ilə bağlı xatirələrim” mövzusunda
məruzələri dinlənilib.
Tədbir çərçivəsində
Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında, həmçinin
onun mədəniyyət
və incəsənət
xadimləri ilə görüşünü əks
etdirən sənədli
filmlər izlənilib.
Sonda
akademiyanın tələbələrinin
hazırladığı konsert proqramı
təqdim edilib.
Mədəniyyət.- 2018.- 2 may.-
S.4.