Almaniyada Azərbaycan musiqisi axşamları
Berlinin
Britz sarayının (Schloss
Brits) mədəniyyət fondunun
təşkilatçılığı ilə azərbaycanlı
gənc pianoçu Nərmin Nəcəflinin
solo konserti keçirilib. Proqramda Lüdviq van Bethoven, Maurice Ravel, Frans
List və Robert Şumanın
əsərləri səslənib.
Gənc ifaçımızın konserti
tamaşaçıların böyük rəğbəti
və alqışlarına
səbəb olub.
N.Nəcəfli 2014-cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini bitirib, hazırda fortepiano ixtisası üzrə təhsilini Hannover şəhərindəki Musiqi, Dram və Media Universitetində davam etdirir. N.Nəcəfli 2016-cı ildə mədəniyyət sahəsində uğurlarına görə gənclər üçün Prezident mükafatına layiq görülüb.
Berlində yerləşən Nikodemus Mədəniyyət kilsəsində (Kulturkirche Nikodemus) Almaniyadakı səfirliyimizin dəstəyi ilə Azərbaycanın caz musiqi ifaçıları Rain Sultanov və Elçin Şirinovun “Tsikl” adlı konserti keçirilib.
Konsert proqramında ifaçıların Almaniyada buraxılmış yeni “Tsikl” adlı albomunda yer alan musiqiləri səsləndirilib.
Mədəniyyət.- 2018.- 2 may.- S.4.