Cümhuriyyətin 100 illiyi
Qazaxıstanda qeyd edilib
Qazaxıstanın
paytaxtı Astanada Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə
gətirdiyi “Əbədi
ezamiyyət” sənədli
filminin nümayişi
olub. Təqdimat ölkəmizin Qazaxıstandakı
səfirliyinin təşkilatçılığı
ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubiley tədbirləri çərçivəsində
gerçəkləşib.
Səfir Rəşad Məmmədov
film haqda məlumat verərək bildirib ki, Azərbaycan xalqı müstəqilliyə
çatmaq, bugünkü
uğurlara nail olmaq üçün mürəkkəb
bir tarixi yol keçib, bu yolda qurbanlar
verib, uzun illər gərgin mübarizə aparmalı olub. Diplomat xatırladıb
ki, “Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
sədri Əlimərdan
bəy Topçubaşovun
rəhbərliyi ilə
Paris Sülh Konfransına
ezam edilən nümayəndə heyətinin
keşməkeşli taleyindən
bəhs edir. Ekran əsərinin yaradıcı heyəti Bakı, Tbilisi, Moskva,
Sankt-Peterburq və Paris
şəhərlərindəki arxivlərdə araşdırmalar
aparıb, bu şəhərlərdə çəkilişlər
edib, Fransada Azərbaycan mühacirəti
ilə bağlı tədqiqat aparan alimlərlə söhbətləri
lentə alıb.
Sonra film nümayiş olunub və izləyicilər tərəfindən
maraqla qarşılanıb.
* * *
Qazaxıstanın
Aktau şəhərində
Ş.Yesenov adına
Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində
Azərbaycan mədəniyyət
günləri keçirilib.
Tədbir çərçivəsində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr olunmuş fotosərgi açılıb.
Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov Cümhuriyyətin yaranma tarixi, həmin dövrlərdə xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə məlumat verib.
Daha sonra Xalq Cümhuriyyəti qurucularının xatirəsinə ithaf olunan “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
Mədəniyyət
günləri çərçivəsində universitetdə
Azərbaycan kinosu günləri də keçirilib. Universitetin kino zalında “Babək”, “Nəsimi”, “Nizami”, “Dədə Qorqud”,
“O olmasın, bu olsun”
bədii filmləri nümayiş etdirilib.
Mədəniyyət.- 2018.- 2 may.-
S.5.