Məktəblilər Azərbaycan Milli Konservatoriyasının səhnəsində

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə idarənin rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları iştirak ediblər.

   Konsertdə əvvəlcə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi”, S.Fərəcovun “Bayatı-Şiraz” süitası və Ü.Hacıbəylinin “Arşın mal alanmusiqili komediyasından “Asiyanın rəqsi” təqdim olunub. Məktəbin şagirdlərinin ifasında Q.QarayevinYeddi gözəl” baletindən “Aişənin rəqsi”, NiyazininArzu”, H.RzayevinÇahargah rapsodiyası”, F.Şopeninİnqilabi etüd” və s. əsərlər səsləndirilib.

   Sonda məktəbin xor kollektivi F.DuranteninDanza, danza”, G.DavidinWhat a wonderful word”, G.Estefanın “Let’s get loud”, A.Əlizadənin “Ana torpaq” əsərlərini ifa edib.

  

Mədəniyyət.- 2018.- 9 may.- S.3.