“Zəng”in növbəti mükafatı

 

 

   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi İranın Məşhəd şəhərində “Cigi-Cigi” Beynəlxalq performans və sənət festivalında iştirak edib.

   Teatrdan bildirilib ki, ilk dəfə təşkil edilən festivalda “Zəng” tamaşası nümayiş olunub.

   Festivala İspaniya, Almaniya, Çili, Çexiya, Türkiyə, Rusiya, İngiltərə, Tunis kimi ölkələrin teatr kollektivləri də qatılıb. Fərqli teatr cərəyanlarının səhnə yarışmasında “Zəng” növbəti mükafatını qazanıb. Yaradıcı heyət festivalın təşkilat komissiyasının təsis etdiyi mükafata layiq görülüb.

   Böyük marağa səbəb olan “Zəng”in ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi tamaşa həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

  

Mədəniyyət.- 2018.- 2 may.- S.6.