Mir Cəlalın 110 illiyi “Xatirələr”
tamaşası ilə qeyd edilib
Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) 110 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” tələbə dram dərnəyinin (bədii rəhbər – Əməkdar artist Məmməd Səfa) Mir Cəlalın hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub. Tamaşada kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb. Obrazlar Mir Cəlalın hekayələrinin personajlarıdır.
Bilik Fondunun
icraçı direktoru Oktay
Səmədov və kollecin direktoru Qulu Novruzov çıxış edərək tələbələrin
XX əsr ədəbi-elmi fikrinin korifeylərindən
sayılan Mir Cəlalın
yaradıcılığına müraciət etməsini
yüksək dəyərləndiriblər.
Mədəniyyət.- 2018.- 2 may.-
S.6.