Gənc Tamaşaçılar
Teatrına Hindistandan diplom gəlib
Hindistanda VIII Beynəlxalq Dünya
Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı diplomla təltif edilib.
Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, festivalda T.Vəliyevanın “Cəza”
(təkadamlıq oyun)
əsəri əsasında
hazırlanmış eyniadlı
tamaşa nümayiş
etdirilib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
quruluş verdiyi psixoloji dramda Əməkdar artist Kəmalə
Hüseynova çıxış
edir.
Tamaşa
festival iştirakçıları tərəfindən
maraqla qarşılanıb. Festival təşkilatçıları
aktrisanın yüksək oyun məharətini
qeyd edərək tamaşa
ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Maraqlı səhnə əsərinə görə
tamaşanın yaradıcı heyəti festivalın xüsusi diplomu ilə təltif
edilib.
Mədəniyyət.- 2018.- 2 may.-
S.6.