Macarıstanda AXC-nin
100 illiyinə həsr
edilmiş elmi konfrans
Macarıstanın
Gödöllö şəhərində
fəaliyyət göstərən
Sent İştvan Universitetində
təhsil ocağının
doktorantı Raqif Hüseynovun təşəbbüsü
və ölkəmizin
Macarıstandakı səfirliyi,
Sent İştvan Universiteti
və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş “Davamlı
regional inkişaf” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib. Konfransda 30-dək
ölkədən gənc
alimlər iştirak ediblər.
Azərbaycanın
Macarıstandakı səfiri
Vilayət Quliyev, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun
direktor müavini Laslo Vasa və
Varşava Təbiət
Elmləri Universitetinin
professoru Mixal Vieleçovski konfransa fəxri qonaq qismində dəvət olunublar.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi təşkil edilib.
Mədəniyyət.- 2018.- 2 may.-
S.12.