Mühacirət poeziyamızdan boylanan vətən nisgili

 

   Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

   Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

  

   Azərbaycan mühacirət ədəbiyyatının tarixi ədəbiyyatımızın tarixi qədər qədimdir. Hələ XI əsrdə Şərqin böyük mütəfəkkiri, şair, dilçi alim Xətib Təbrizi Şam şəhərinə (Suriyanın indiki paytaxtı Dəməşq) mühacirət etmiş, böyük şair İmadəddin Nəsimi isə ona göstərilən təzyiqlər səbəbindən diyar-diyar gəzərək mühacir ömrü yaşamışdır. Tarixi vətənindən kənarda yaşamağa məhkum olmuş insanlara tale fərqli düşüncə, fərqli baxış verir. Yaradıcı insanların mühacirəti başqa biçimli sənət nümunələrinin ortaya çıxması ilə nəticələnir.

  

   Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə bolşevik Rusiyası tərəfindən süquta uğradılmasından sonra milli dövlətçiliyə könül verən yazıçı və şairlər vətəndən didərgin düşdülər. Qardaş Türkiyəyə və bir sıra Avropa ölkələrinə pənah aparan qələm sahibləri ana vətənlə bağlı milli ruhlu əsərlər qələmə aldılar. Sovetlər dövründə, 70 il müddətində bu yazarların yaradıcılığı haqqında fikir söyləmək, onların irsini araşdırmaq qeyri-mümkün idi. 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ədəbi fikrinə yeni baxış yarandı, o cümlədən mühacirət ədəbiyyatına dair tədqiqatlar aparılmağa başlandı.

   1980-ci illərin sonlarından başlayaraq tanınmış elmictimai xadimlər Mövsüm Əliyev, Şirməmməd Hüseynov, Ramiz Abutalıbov və başqalarının bu sahədə diqqətəlayiq araşdırmaları sayəsində Azərbaycan oxucusu mühacirət ədəbiyyatının əsas simaları ilə tanış olmaq imkanı qazandı. Hazırda bu proses daha sistemli xarakter almışdır. Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Ümmülbanu Banin, Əhməd Cəfəroğlu, Məhəmməd Əsəd bəy və başqalarının yaradıcılığı təhlil edilərək, əsərləri geniş kütləyə təqdim olunur. Lakin bu istiqamətdə hələ görüləcək daha çox var. 2016-cı ilin oktyabr ayında Bakıda keçirilən “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II beynəlxalq elmi konfrans bu sahədə bir çox reallıqları özündə əks etdirirdi.

   Ədəbiyyatşünas, professor Bədirxan Əhmədli qeyd edir ki, bu gün mühacirət ədəbiyyatının araşdırılması sahəsində yeni mərhələ başlamışdır. Mühacirət ədəbiyyatının nümayəndələrinin çoxcildli əsərləri çap edilir, bu seriyadan müxtəlif nəşrlər hazırlanır. Bu mənada Vaqif Sultanlı və Nikpur Cabbarlının “Mühacirət nəsri”, Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı”, Samirə Məmmədlinin “Azərbaycan Cümhuriyyəti bədii nəsrdə” və digər çoxsaylı nəşrləri nümunə göstərmək olar. Bu araşdırmalar sayəsində görürük ki, mühacirət ədəbiyyatı Azərbaycan ədəbi xəzinəsinə poeziya, nəsr, dramaturgiya, tənqid sahəsində çox dəyərli əsərlər bəxş etmişdir. Bu yazıda biz mühacirət poeziyamızdan söz açacağıq.

  

   İstiqlal - əbədi yanan məşəl

  

   Qürbətdə yaşayıb-yaradan şairlərin yaradıcılığının əsas mövzusunu vətənsevərlik təşkil edir. Bədii nümunələrdə eyni zamanda qürbət həzinliyi, yanğısı, vətən nisgili aparıcıdır. Mühacirət poeziyasının tanınmış nümayəndələrindən Almas İldırım, Kərim Yaycılı, Əmin Abid (Gültəkin), Alazan Baycan və digərlərinin yaradıcılığı ideya-bədii xüsusiyyətləri ilə seçilir. Əgər bütöv vətən sevdalı Məmməd Araz “Azərbaycan - mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər”, - deyirdisə , vətən həsrətli Almas İldırım (1907-1952) “Azərbaycan, mənim tacım, taxtım oy, oyanmazmı kor olası baxtım oy...” - deyə haray çəkirdi. Rus istilasını tarixin dərin qatlarından analogiya tapmaqla simvollaşdıran şair Azərbaycanın yaralarına sanki məlhəm axtarır. O, bu məlhəmi şeirlərində tapır və vətənin müstəqil, azad, hürr yaşamasına bütün varlığı ilə inanır:

  

   Sən aldırma içimdən yaralıyam, yaralı,

   Burax keçsin gənc ömrüm fırtınalı, boranlı.

   Mən bilirəm, sonunda çıxmam üzü qaralı,

   Yurdumun gənclərinə ümidim, imanım var...

 

   Əmin Abid Gültəkin (1898-1937) müstəqilliyi millətin canı kimi dəyərləndirir, onu əbədi məşəl hesab edirdi:

  

   İstiqlal, o yaşayan millətin qəlbində can,

   İstiqlal, o səadət, həyat, zəfər, şərəf, can.

   İstiqlal, o sönməyən müəbbəd bir məşalə,

   Könüllərdə tutuşur, gözlərdə sönsə belə...

  

   Gültəkinin şeirlərində istiqlal milli bayrağa sanki bir səcdə ilə qarşılaşırıq. Müəllif azadlığın bizə hədiyyə verilmədiyini, xalqımızın onu imperializm zəncirini qıraraq əldə etdiyini yazır:

  

   Hür dedim özümə, zəncir qıraraq,

   Get kəməndini cəhənnəmdə yak!

   Yurdumun mübbəd nigahbanıdır

   Asırlar altından yüksələn bayraq!

  

   Müəllifin ən məşhur şeirlərindən biri isə M.Ə.Rəsulzadənin dilindən səslənən aşağıdakı məşhur misralardır:

  

   Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

   Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

  

   Mühacirət poeziyasında vətənin istiqlalı aparıcı mövzudur. Bu baxımdan K.Yaycılının (1913-1979) yaradıcılığında bu mövzu özünün həssaslığı ilə seçilir. M.Ə.RəsulzadəÇağdaş Azərbaycan ədəbiyyatıəsərində yazır: “Yaycılı Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayəyə götürülən azərbaycanlı yetim uşaqlar arasından yetişən gənc bir şair idi”. O, ilk şeirlərini Berlində nəşr olunanQurtuluşjurnalında dərc etdirmişdir. Daha sonralar digər jurnal qəzetlərlə əməkdaşlıq edən şairin sağlığında yalnız bir kitabı işıq üzü görmüşdür. Onun 1962-ci ildə Ankarada çap edilənAnadolu, Qafqaz, Azərbaycana ərməğankitabıKardaşım Nazıma sayğı sevgilerleithafı ilə başlanır. Vətənsevərlik mövzulu şeirlərin toplandığı kitab üç bölümdən ibarətdir. Kitabda Atatürkün vəfatına, şəhid hərbçilərə, hürriyyət yolçularına, Rəsulzadənin ölümü s. mövzulara həsr olunan bədii nümunələr yer almışdır. Professor Şamil QurbanovYaxın uzaq dünyamızadlı kitabında K.Yaycılı haqqında yazır ki, şairin şeirləri onun tərcümeyi-halıdır, özünün didərgin olmuşların qəm karvanıdır. Müəllifin əksər şeirlərində qəm yükü bütün ağırlığı ilə hiss olunur:

  

   Nədən düşmən dostluğuna inandıq?

   Nədən ya Rəbb, nədən böylə doğrandıq?

   Yetər, artıq tarixdən utandıq.

   Türk xalqını namərdlərə əzdirmə,

   Yurdsuz qoyub diyar-diyar gəzdirmə...

  

   Erkən yaşlarından mühacir həyatı yaşamağa məcbur olan Alazan Baycanın (1913-1989) şeirləri poeziyamızın kədər, həsrət etüdləri hesab edilir. Qazaxda dünyaya gələn, vətənindəHacı Həsənzadəimzası ilə tanınan şair qəribə tale yaşayıb. Müəllimlik fəaliyyəti ilə məşğul olub, adının millətçi kimi hallandırılması onun sonradan ixtisasını tibb sahəsinə dəyişməsi, 1933-cü ildə isə Cənubi Azərbaycana, oradan da Türkiyəyə mühacirət etməsinə səbəb olur. Orada tibb təhsilini başa vuran A.Baycan II Dünya müharibəsi illərində Almaniya universitetlərində dərs deyir, həkim kimi çalışır. Hər bir mühacir azərbaycanlı şair kimi, A.Baycan poeziyasının da ana mövzusu vətən məhəbbəti, yurd həsrətidir:

  

   Dilican yoluna yolun düşəndə,

   Dağlarda dolanıb, yurda enəndə,

   Məni yad eylə, qalmışam gendə,

   Ayrılıq yamandır, canım eloğlu!

  

   İyirmi ilə yaxın bir müddətdə A.Baycanla məktublaşmış, kitab mübadiləsi etmiş görkəmli ədəbiyyatşünas alim, professor Abbas Zamanov yazır ki, "Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə , vətənlə əlaqələrini kəsməmişdir. Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzet, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır".

   Professor V.Sultanlı qeyd edir ki, şairin həyat yoldaşı professor A.Zamanova göndərdiyi məktubda A.Baycanın ölümünü belə təsvir edib: “Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi: “Azərbaycan... Qazax... Səməd”. Nisgilli şair Almaniyanın Frayburq (Freiburg) şəhərində vəfat etmişdir.

   Almas İldırımın oğlu şair Araz Almasın (1937-1992) yaradıcılığı mühacirət poeziyasında diqqətəlayiq yer tutur. Düzdür, A.Almas Xalq Cümhuriyyəti dövründə mühacirət etməsə , atasının ideyalarının davamçısı idi. Azərbaycanın sovet müstəmləkəçiliyində olması şairi daim narahat etmiş, əsərlərində azad vətən sorağı daha güclü olmuşdur. Cümhuriyyətin banisi Rəsulzadəyə yazdığı şeir isə onun yaradıcılığında xüsusi yer tutur. Düzdür, mənbələrdə şeirin müəllifi bəzən Arazın qardaşı Azər göstərilir. Lakin şairin bu şeiri tələbəlik illərində qələmə aldığı məlumdur.

   Mühacirət poeziyamızdan danışarkən böyük türkçü Əli bəy Hüseynzadə (Turan; 1864-1940) M.Ə.Rəsulzadənin (1884-1955) şeir yaradıcılığını qeyd etməliyik. Azərbaycan bütün Türk dünyasının ideoloqu Əli bəyHali-vətənşeirində yazırdı:

  

   Ucundadır dilimin,

   Həqiqətin böyüyü.

   qoydular deyəyim,

   kəsdilər dilimi.

  

   Bilirmisən cühəla

   etdilər vatana?

   qoydular uyuya,

   qoydular oyana.

  

   N.Cabbarlının “Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)” kitabında mühacirət taleli qələm sahiblərindən Məhəmməd Sadıq Aran, Müseyib Zəyəm, Mustafa Teymur Atəşli kimi şairlərin də yaradıcılığı haqqında zəngin məlumat əldə etmək mümkündür.

   Mühacirət poeziyamızla tanış olduqda çox vacib bir nüansla qarşılaşırıq. Bu da ondan ibarətdir ki, qürbət ellərdə yaşayıb-yaradan ədiblərimizin bir çoxunun gün-güzəranı normal olsa da, istiqlal sevdası, yurda bağlılıq onları heç zaman tərk etməmişdir.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 2 may.- S.15.