Tanınmış qazax şairinin şeirləri
Azərbaycan dilində
Astanada III Avrasiya Beynəlxalq Kitab Sərgisi çərçivəsində böyük qazax şairi Mağcan Cumabayın (1983-1938) 9 dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli qeyd edib ki, Mağcan Cumabayın şeirlərinin ana xəttini, vətən sevgisi, tarixi yaddaşın təzələnməsi, qazaxların və digər türk xalqlarının işğala və bolşevizmə qarşı milli mücadiləsi təşkil edir.
Qazaxıstan Yazıçılar Birliyinin sədri, şair Ulıkbek Esdaulet Mağcanın şeirlərinin eyni anda 9 dilə tərcümə olunmasının əlamətdar hadisə olduğunu bildirərək, onun əsərlərinin türk xalqlarının bir-birini daha yaxından anlaması, inteqrasiyası baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Sonra şairin müxtəlif dillərə çevrilmiş şeirlərindən nümunələr səsləndirilib.
Kitab Mağcan Cumabayın anadan olmasının 125 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyasının layihəsi əsasında nəşr olunub. Şairin şeirlərini Azərbaycan dilinə İctimai Televiziyanın Mərkəzi Asiya ölkələri üzrə təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli çevirib.
Xatırladaq ki, 2018-ci il TÜRKSOY tərəfindən məşhur qazax şairinin anadan olmasının 125 illiyi şərəfinə “Mağcan Cumabayın anım ili” elan edilib.
Qeyd
edək ki, Qazaxıstanın və türk dünyasının böyük
şairi 30-cu illər repressiyasının
qurbanı olub.
Mədəniyyət.- 2018.- 2 may.-
S.15.