Karikaturaçı rəssam
beynəlxalq müsabiqədə üçüncü
olub
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən 9-cu Beynəlxalq turizm karikaturaları yarışması başa çatıb.
62 ölkədən
584 rəssamın 1100 əsərlə qatıldığı
müsabiqədə ölkəmizi təmsil edən
tanınmış rəssam, qəzetimizin yazarı Soltan Soltanlı üçüncü
yerə layiq görülüb.
Aprelin 29-da İzmir şəhərindəki “Four Points Sheraton” hotelində qaliblərin mükafatlandırma mərasimi
keçirilib.
Müsabiqədəki
iştirakı ilə
bağlı S.Soltanlı
deyib: “Hələ
2001-ci ildə bu ölkədə düzənlənən
başqa bir beynəlxalq müsabiqədə
birinci yerə layiq görülmüşdüm.
Bu yarışmada isə
hər il
iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan
ikisi 140 əsərlə
final mərhələsinə adlayıb, sonda isə biri üçüncü
yeri qazanıb”.
Mədəniyyət.- 2018.- 2 may.-
S.16.