Tanınmış aktyorun xatirəsi anılacaq
Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun həyat və fəaliyyətindən söz açılacaq, yaradıcılığından bəhs edən fotosərgi nümayiş etdiriləcək.
Bahadur Əliyev “Telefonçu qız”, “Əmək və
qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük
dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat”, “Dağlarda döyüş”,
“Axırıncı aşırım”, “Babək” və digər
bədii filmlərdə müxtəlif rollar
ifa edib. “Ulduz” musiqili
kinokomediyasında yaratdığı kolxoz
sədri Qədir surəti aktyorun ən yaddaqalan rollarından biridir.
Mədəniyyət.- 2018.- 4 may.-
S.4.