Bakıda növbəti Avropa tolerantlıq festivalı başlayıb

 

   İki həftə ərzində 40-dək sənədli film tolerantlıq ruhlu konsert proqramları təqdim olunacaq

  

   Bakıda 2-ci dəfəİmagineAvropa tolerantlıq festivalı keçirilir. Mayın 2-də bununla bağlı təşkil olunan mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihə barədə ətraflı məlumat verib.

   Bildirilib ki, mayın 17-dək davam edəcək festival çərçivəsində Avropa tolerantlığı barədə 38 müxtəlif mövzulu sənədli film nümayiş etdiriləcək muğam ilə Avropa musiqisinin sintezindən ibarət konsert proqramı təqdim olunacaq. Konsert proqramı mayın 4-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Festival çərçivəsində, həmçinin iki konsert proqramı açıq havada teatr nümayiş etdiriləcək, eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş olunacaq müzakirələr aparılacaq.

   Mədəniyyətlərarası dialoq tolerantlıq dəyərlərini təbliğ edəcək festival BMT-ninİnsan hüquqları Bəyannaməsi”nin 70 illiyinə həsr olunub. Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları Argentinanın Bakıdakı səfirliklərinin əməkdaşlığı çərçivəsində reallaşacaq.

   Diplomat qeyd edib ki, “İmagineAvropa tolerantlıq festivalıtərəfindən dəstəklənir maliyyələşdirilir: “Bu festival ölkələri, multikulturalizm tolerantlıq dəyərlərimizi bir araya gətirir. Festival çərçivəsində Avropanın 10, ümumilikdə isə 30 ölkənin istehsalı olan filmlər nümayiş etdiriləcək. Burada ilk dəfə olaraq muğam ilə Avropa musiqisi birləşəcək”.

   “Park Cinema”nın direktoru Musa Axundov bildirib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində bu il ikinciİmaginefestivalının filmləri nümayiş olunacaq.

   “YARAT” Müasir İncəsənət Mərkəzinin nümayəndəsi Ülviyyə Axundova deyib ki, filmlər musiqilər, incəsənət həyatımızı mükəmməlləşdirməyə kömək edir. Həmçinin bu, müxtəlif fikirləri insanlara çatdırmağın ən gözəl yoludur.

   Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovas bildirib ki, bu il onun ölkəsi də Azərbaycan kimi istiqlaliyyətinin 100 illiyini qeyd edir. Bu illər ərzində Latviya kino sənayesi çox inkişaf edib. Latviya bu sahədəki təcrübəsini bölüşmək istəyir.

   Perunun Azərbaycandakı səfiri Luis Çanq Boldri deyib: “Avropa İttifaqına üzv olmasaq da, bizeyni düşüncəni, dəyərləri bölüşürük. Festival çərçivəsində bir filmimiz nümayiş olunacaq. Beynəlxalq Muğam Mərkəzində isə iki perulu musiqiçinin konserti olacaq. Biz özümüzü festivalın bir hissəsi hiss edirik. Əminəm ki, bu festival tolerantlığın bariz nümunəsi olacaq".

   Sonda Peru musiqiçiləri milli musiqi parçalarını təqdim ediblər.

Mədəniyyət.- 2018.- 4 may.- S.5.