İstanbulda Azərbaycan musiqisi axşamları başa çatıb
Azərbaycan Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi şöləni!” şüarı ilə təşkil olunan konsertlər “Etno-caz gecəsi” musiqi proqramı ilə başa çatıb.
Konsertlər İstanbulun “Grand Pera” teatr salonunda təşkil olunub.
“Etno-caz
gecəsi”ndə Xalq artisti Ənvər Sadıqov, tanınmış
musiqiçilər Elçin
Şirinov və Arslan Növrəslinin rəhbərlik etdikləri
üç musiqi qrupu çıxış
edib.
Zəngin repertuarla çıxış
edən musiqiçilərimizin
“Naxçıvan” rəqsi,
“Sarı gəlin”, “Qarabağ havası” və s. ifaları musiqisevərlər tərəfindən
hərarətli alqışlarla
qarşılanıb.
Mədəniyyət Nazirliyinin Türkiyə
nümayəndəliyinin rəhbəri
Nurlana Çakmak Azərbaycanda caz musiqisinin yaranması və inkişafı, bu sahəyə göstərilən diqqət
və qayğı, həyata keçirilən
layihənin əhəmiyyəti
barədə ümumi
məlumat verib.
Qeyd edək ki, “Azərbaycana musiqi şöləni!” şüarı ilə təşkil olunan layihə böyük bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsertlə başlanıb. Sonra “Muğam gecəsi” adlı konsert keçirilib.
Konsertlər
çərçivəsində Azərbaycan tarixini,
mədəniyyətini, ölkəmizin müasir
inkişafını və təbiət gözəlliyini əks
etdirən fotosərgi nümayiş olunub.
Mədəniyyət.- 2018.- 4 may.-
S.6.