Sərhəd tanımayan tamaşalar - “Sərhədsiz teatr”da

 

   (Əvvəli ötən sayımızda)

  

   Yaxın xaric, keçmiş ittifaq teatrları barədə çoxumuzun az-çox məlumatı olsa da, Latın Amerikası ölkələrinin teatr mədəniyyəti ilə ötəri ünsiyyət yalnız beynəlxalq forum festivallarda iştirak etmiş teatr xadimlərimizə nəsib olub. İndisə budur, mayın 12-dən 19-dək davam edəcəkSərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalında Kolumbiya Meksika kimi uzaq ölkələrin teatr sənəti ilə yaxından tanış olmağa imkan yaranacaq. Elə isə, festivalın beynəlxalq proqramının iştirakçıları ilə qəzetimizin ötən sayında başladığımız tanışlığa davam edək.

  

   ParsabaddanCanavargələcək

  

   Mayın 15-də KazanınYaradıcı qrup”u Şəki səhnəsində tamaşa oynayarkən ölkənin cənubunda, Lənkəranda İrandan gələn ikinci kollektiv - Muğan-Hünər Teatrı Mahmud MəhdəbininCanavartamaşası ilə çıxış edəcək.

   1999-cu ildə Ərdəbil vilayətinin Parsabad şəhərində yaradılmış teatr Azərbaycan sənətsevərlərinə tanışdır. Qərib Mənuçöhrinin direktor baş rejissor olduğu teatrda ötən illər ərzində əlliyədək tamaşa hazırlanıb. Kollektiv İranda keçirilən beynəlxalq teatr festivallarında çıxış edib. Muğan-Hünər Teatrı ilk dəfə 2007-ci ildəNəsimitamaşası ilə Azərbaycanda qastrol səfərində olub. 2017-ci ildən isə yaradıcı kollektivlə Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq haqqında saziş qüvvədədir.

   Sərhədsiz teatrfestivalında oynanılacaqCanavartamaşasında teatrın aktyorlarından Nəzrin Huşyar, Əli Məmmədzadə, Şahin Ramazanpur Yaşar Haşimi çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru Qərib Mənuçöhridir.

  

   Uşaqları unutmadıq ki...

  

   Ötən Şəki festivalında olduğu kimi, budəfəki festival proqramında da balaca teatrsevərlər unudulmayıb. Azərbaycan teatrları ilə yanaşı, bir qonaq kollektiv uşaqlar üçün tamaşa göstərəcək. Mayın 18-də V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrı tanınmış rus yazıçısı, dramaturq, uşaqlar üçün maraqlı cizgi filmlərinin ssenari müəllifi Vadim KorostıloyovunMöcüzələr ölkəsindətamaşası Bakıda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında göstəriləcək. Gələn həftə bu teatr həm Bakıda qastrol səfərində olacaq, həm Sərhədsiz teatr”a qoşularaq onun hüdudlarını genişləndirəcək.

   V.Txapsayev adına teatr 1935-ci ildə açılıb Şimali Qafqazın ən mükəmməl teatr kollektivlərindən biri kimi tanınmaqdadır. Teatrın səhnəsində qoyulan ilk tamaşalar Moskvadakı Dövlət Teatr Sənəti İnstitutunun osetin studiyası məzunlarının diplom işləri olub. Yəqin elə bu səbəbdəndir ki, teatr öz tamaşalarında Stanislavskinin klassik quruluş prinsiplərindən yayınmır.

   Bakıda nümayiş olunacaqMöcüzələr ölkəsindətamaşası isə V.Korostıloyovun ssenarisi əsasında hələ 1965-ci ildə ekranlaşdırılmışVovka möcüzələr ölkəsindəcizgi filminin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Diana Çerçesovadır. Vovkanın başına gələnlər sovet cizgi filmlərinin təsiri altında böyüyənlərin yəqin ki yadındadır, amma daha cavanlara məlumat, orta yaşlı nəslə xatırlatma olsun deyə, əsərin süjetini bir qədər yada salaq. Kitabxanaçının köməyilə rus xalq nağıllarının qəhrəmanları ilə görüşən məktəbli Vovka özünü möcüzələr aləmində hiss edir. Üstəlik, nağıl qəhrəmanları ilə hər görüş Vovkanın təbiətindəki hansısa qüsura kənardan baxmaq imkanı verir. Onun başına nələr gəlir, o hansı nağıl qəhrəmanları ilə üzləşir? Bütün bunları bilmək üçün tamaşaya baxmaq lazımdır.

  

   Səyyahlar: 7 rəng tanrısıŞəkidə görünəcək

  

   Mayın 17-də Şəkidə saat 20-də nümayiş olunacaqSəyyahlar: 7 rəng tanrısıokeanın o tayından, Meksikadan gələcək. Üstəlik, tamaşanı təqdim edən kollektiv klassik teatr truppalarından olmayıb, öz fəaliyyət istiqaməti ilə xalq-meydan teatrının daha qədim formasına yaxındır. Yəni, “La Kvintaəslində küçə teatrlarını birləşdirən qrupdur. Bu qrup küçələrdə, park ictimai yerlərdə rəngləri öyrənmək vasitəsilə küçə incəsənəti barədə xüsusi bilikləri bir araya gətirmək yollarını arayır. Qrup marionet, maska teatr prinsiplərini musiqi ilə birləşdirməklə seyrçinin ruhuna daha çox təsir göstərmək istəyir.

   Bruno Bertin ideyası olan “La Kvinta Teatroqrupu 2007-ci ildə yaradılıb. Ötən dövrdəTikili”, “Həyat arabası bəyaz pələng”, “Musiqiçilər”, “Səmanı görmək üçün söz s. tamaşalar hazırlanıb. 2012-ci ildən teatra Bertin tələbəsi, Şəkidə oynanılacaq tamaşanın quruluşçu rejissoru Salomon Santyaqo rəhbərlik edir. Quruluşları bir çox festivallarda uğurla nümayiş olunmuş S.Santyaqo Avropada da tanınır, “Les Petits Français”, “Peri Plum” (İngiltərə) teatr şirkətləri ilə işbirliyi olub.

   Tamaşaya gəlincə, La Kvinta 60 dəqiqə davam edənSəyyahlar: 7 rəng tanrısıüçün gözəl mənzərəli bağ, küçə ya meydanın olmasını yetərli sayır. Tamaşanın oynanılacağı məkanı teatr meydanı halına gətirmək (quraşdırma, işıqlandırma sistemi) üçün onlara bir neçə saat lazımdır. Şəki şəhərinin coğrafi relyefinə, təbii gözəlliyinə bələd olanlar artıq təsəvvür edə bilərlər ki, meksikalılarınSəyyahlar: 7 rəng tanrısı”nın küçə teatrı performansı necə bir təəssürat doğuracaq.

 

   Böyük Markesin ruhuna ehtiramla...

  

   Mayın 19-da “Sərhədsiz teatrfestivalının son günü Kolumbiyanı təmsil edənActoTeatroBakıda, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qabriel Qarsia Markesin povesti əsasında hazırlanmışMəsum Erendiratamaşasını oynayacaq.

   ActoTeatro” on beş il əvvəl aktyor rejissor Con Mario Rivera tərəfindən yaradılıb. İfaçılıq sənətinə dair araşdırmalara, belə sənət nümunələrinin yaradılmasına yayılmasına həsr olunmuşActoTeatromüxtəlif aktyorluq priyomlarını səhnə sənəti metodlarını araşdırır. ActoTeatroöz ölkəsindən başqa, Argentina, Uruqvay, Çili, Boliviya, Paraqvay Ekvadorda keçirilmiş bir sıra festival forumlarda çıxış edib.

   MarkesinSadəqəlbli Erendiranın inanılmaz, kədərli əhvalatı onun qəlbsiz nənəsipovesti əsasında hazırlanmış tamaşa əzazil, cavanlığında ən qədim qadın peşəsi ilə məşğul olmuş nənəsinin himayəsində qalaraq zorla fahişəliyə cəlb edilən yeniyetmə qızın başına gələn faciələrdən bəhs edir. Markesin bu qəlb sızladan əsəri cəmiyyəti bürümüş korrupsiyanın, köləliyin, zorakılığın şərhsiz amansız əksidir. Əlli ildən çoxdur ki, Kolumbiya silahlı qruplaşmalara qarşı müharibənin içində çabalayır. Şəhərlərdə, kəndlərdə xeyli uşaq oğurlanır, zorakılığa məruz qalır müharibəyə cəlb edilir. Erendira uşaqlığı müharibəyə qurban getmiş həmin uşaqların - qəlbi ləkələnən, ümidi qırılan, ailə məhəbbəti görməyən nəslin gələcəkdə yaşaya biləcəyi fəsadların təcəssümüdür.

   Tamaşaya Boqota Ali Sənət Akademiyasının məzunu Con Mario Rivera quruluş verib. O, rejissorluqla yanaşı, aktyor kimi fəaliyyət göstərir, seriallara çəkilir. “ActoTeatro” “Sərhədsiz teatrfestivalında 9 nəfərlə - rejissor Con Mario Rivera, aktyorlar Cxon Villeqas, Diana Solano, Lina Karlos Rodrigeslər, Cun Buytron, Culiana Dias iki texniki işçi ilə təmsil olunacaq.

   * * *

   Ümidvarıq ki, oxucularımızı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının qonaqları ilə yetərincə tanış edə bildik. Sizlərdə teatra marağı bir qədər artırmağı bacardıq. Amma elə zənn etməyin ki, doğma teatrlarımızı unutmuşuq. Sadəcə, öz milli adət-ənənəmizə sadiq qalaraq qonaqlarımıza ehtiramımızı bildirdik.

  

   Gülcahan Mirməmməd

Mədəniyyət.- 2018.- 4 may.- S.7.