Xalqların adət-ənənələri və mədəniyyət

   Daşkənddə keçirilən festivalda ölkəmiz də təmsil olunub

  

   Özbəkistanın paytaxtındakı ingilisdilli Beynəlxalq Vestminster Universitetində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı ənənəvi festival keçirilib. Tədbirdə ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

   Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın tariximüasir inkişafı, mədəni irsi ilə bağlı kitablar, o cümlədən “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rusingilis dillərində çap edilən nəşrlər, musiqi alətləri, məişət əşyalarımız, suvenirlər nümayiş etdirilib. Qarabağın milli kişi və qadın geyimləri, xalçalarımız iştirakçıların xüsusilə marağına səbəb olub.

   Azərbaycan guşəsinə gələnlərə müxtəlif məzmunlu kitabjurnallar hədiyyə olunub.

   AMM-in əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları qonaqlara öz əl işlərini nümayiş etdirib, milli suvenirlərimizin hazırlanması prosesi təqdim olunub.

   Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 4 may.- S.10.