İsrailin tanınmış şairi Mətbuat
Şurasında olub
İsraildən olan tanınmış şair Pyotr Davıdov mayın 2-də Azərbaycan Mətbuat Şurasında olub. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Görüşdə iki ölkənin mediası arasında oxşar və fərqli cəhətlərə toxunulub, İsrailin bu sahədə qabaqcıl təcrübəsi qeyd edilib.
Qeyd edək ki, P.Davıdov
Bakıda anadan olub. Neft Akademiyasında təhsil
alıb, Azərbaycanda
yaşadığı dövrdə
AzərTAC agentliyində
çalışıb. Qonaq informasiya agentliyində çalışdığı illərlə bağlı
xatirələrini bölüşüb.
Ə.Amaşov P.Davıdovu Mətbuat
Şurasının fəxri
diplomu ilə təltif edib.
Qeyd edək
ki, P.Davıdovun şeirlər kitabı
müxtəlif dillərə tərcümə edilib.
Bakıda olduğu müddətdə onun tələbələrlə, şair və yazıçılarla, media təmsilçiləri ilə
görüşlər keçirməsi nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 4 may.- S.10.