Soydaşlarımızın rəqs
qrupu xalq kollektivi adına layiq görülüb
Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” ansamblı bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən “Ukrayna xalq kollektivi ansamblı” adına layiq görülüb.
Ansamblın yaradıcısı və rəhbəri Nicat Mirzəyev deyib ki, kollektivin bu ada layiq görülməsi Azərbaycan mədəniyyətinin uğurudur: “İşimizə sevginin, gecə-gündüz çalışmağımızın bəhrəsini gördük. Ukraynanın xoreoqrafiya tarixində bir iz qoyduq və ansamblımız bu ada layiq görüldü”.
Qeyd
edək ki, Nicat Mirzəyev
20 ildən çoxdur Ukraynada
yaşayır. O, Qafqaz rəqsləri məktəbində
və həmçinin “Qafqaz”
ansamblının fəaliyyəti çərçivəsində
Azərbaycanın milli rəqslərini
ukraynalılara və bu ölkədə yaşayan başqa
xalqların nümayəndələrinə tədris edir.
Mədəniyyət.- 2018.- 4 may.- S.10.