İçərişəhərdə ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş sərgi

 

   İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş sərgi açılıb.

   Qoruq idarəsindən bildirilib ki, sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi maddi və mənəvi irsi əks etdirən mövzularda, özünəməxsus tərzdə yaratdıqları əsərlər nümayiş olunur.

   Sərginin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin təbliği, tarixi mədəni zənginliyimizin qorunmasıdır.

   Qeyd edək ki, sərgi mayın 12-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.2.