Qələbə günü münasibətilə hərbi
orkestrlərin çıxışları
II Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
bildiriblər ki, orkestrlər şəhərin
beş nöqtəsində - Dənizkənarı
Milli Parkda (Azadlıq
meydanının qarşısı), Əhmədli qəsəbəsi
Ukrayna dairəsi
yaxınlığındakı Heydər Əliyev parkında,
Zərifə Əliyeva parkında, Zabitlər parkında, Fəvvarələr
meydanında çıxış edəcəklər.
Mədəniyyət.- 2018.- 9 may.- S.2.