Xalçaya köçürülmüş möhtəşəm rəsmlər

 

   Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi açılıb

  

   Azərbaycan Xalça Muzeyində “Tahir Salahovun xalça dünyası. Portretləradlı sərgi təşkil edilib. Sərgidə dünya şöhrətli rəssamın əsərlərinin xalçaya köçürülmüş nümunələri yer alıb. Ekspozisiyada Tahir Salahovun bir neçə rəngkarlıq əsəri əsasında Əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçalar təqdim olunur.

   Sərginin açılışında çıxış edən muzeyin direktoru Şirin Məlikova tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi çərçivəsində keçirildiyini deyib. Bildirib ki, dünyada ilk dəfə olaraq ən zəngin və güclü xalçaçılıq ənənələrinə malik Xalça Muzeyinin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Ş.Məlikova görkəmli rəssamın əsərlərinin dünyanın nüfuzlu muzeylərində və rəsm qalereyalarında mütəmadi olaraq nümayiş olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Xalça Muzeyinin də ekspozisiyasında görkəmli rəssamın məşhur əsərlərini görmək mümkündür: “Artıq bir neçə ildir ki, Tahir Salahov bu sahədə yeni eksperimentlər edir. O, hər zaman yorulmadan yeni üfüqləri kəşf edən yaradıcı şəxsiyyətdir. Xalça da artıq onun yaradıcılığında öz yerini tutmağa başlayır. Bu möhtəşəm tablolar xalça sənəti dilinə köçürülmüş yeni əsərlərdir”. Direktor yeni xalçalarını muzeyə təqdim etdiyi üçün Tahir Salahova təşəkkürünü bildirib.

   Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək onun əsərlərinin dünyanın nüfuzlu muzey və qalereyalarında sərgiləndiyini, eyni zamanda yeni əsərlərinin böyük marağa səbəb olduğunu vurğulayıb. Ə.Qarayev ümummilli lider Heydər Əliyevin hər zaman mədəniyyətimizin və milli ənənələrimizin təbliğinə yüksək qiymət verdiyinibu günbu ənənələrin yaşadığını diqqətə çatdırıb.

   Xalça Muzeyinin baş rəssamı Taryer Bəşirov görkəmli sənətkarın əsərlərindən ilhamlanaraq yaratdığı xalçaların ərsəyə gəlməsindən, təqdim olunan xalçaların bədii xüsusiyyətlərindən söz açıb.

   Sonda çıxış edən Tahir Salahov hər bir əsərinin yaranma tarixçəsindən danışıb, sərgiyə təqdim olunan xalçaların özünəməxsus keyfiyyətlərindən bəhs edib. Tahir Salahov ulu öndərin xatirəsini ehtiramla yad edərək, onunla bağlı xatirələrini bölüşüb. Rəssam tədbirin təşkilinə görə nazirliyinmuzeyin rəhbərliyinə minnətdarlığını bildirib.

   Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə ümummilli lider Heydər Əliyevin, bəstəkar Fikrət Əmirovun, yazıçı Maqsud İbrahimbəyovun və xalq qəhrəmanı Koroğlunun portretləri toxunan xalçalar nümayiş olunur.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.5.