Şuşanın
işğalının ildönümündə “Əsgər
papağı” nümayiş olunub
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı anım mərasimləri keçirib.
Bakının Pirallahı rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetində və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa şəhər 1 nömrəli orta məktəbdə keçirilən mərasimlərdə Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası oynanılıb.
Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mir Vüqar Nəsirovdur.
Rolları
Əməkdar artist Nazir
Rüstəmov, aktyorlardan Emin
Sevdiməliyev, Zəhra Salayeva, Vüqar Ağayev, Bahar Həmzəyeva, Teymur
Məmmədov, Məmməd Məmmədov, Mobil
Qurbanov, Hamlet Qənbərov,
Vüsalə Əsgərova və Asif
Əhədov ifa ediblər.
Mədəniyyət.- 2018.- 9 may.- S.5.