Xalq artisti Fuad Poladov dünyasını
dəyişib
Azərbaycanın
Xalq artisti, tanınmış teatr və kino aktyoru
Fuad Poladov 2018-ci il mayın
4-də vəfat etmişdir.
Fuad Ağarəhim oğlu Poladov 24 may 1948-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Paytaxtdakı
132 saylı orta məktəbi bitirmişdir.
1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
(indiki Mədəniyyət
və İncəsənət
Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil
almışdır.
Tələbə
ikən ilk dəfə
1969-cu ildə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı
İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər” əsərinin
tamaşasında (Savalan)
səhnəyə çıxmış,
həmin ildən teatrın truppasına daxil edilmişdir. 20 il bu teatrın səhnəsində
müxtəlif səpkili
rollarda çıxış
etmişdir.
1989-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət
göstərmiş, 20-dən çox səhnə əsərində rol almışdır. Eyni zamanda
Milli Dram Teatrında tamaşalarda (“Hamlet”, “Şah
Qacar”, “Sən həmişə mənimləsən”
və s.) oynamışdır.
Kinoya ilk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində
çəkilmişdir. “İşarəni dənizdən
gözləyin”, “Güllələnmə
təxirə salınır!”,
“Ovsunçu”, “Küçələrə
su səpmişəm”,
“Günaydın, mələyim”,
“Dolu” və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
1987-ci ildə respublikanın Xalq artisti fəxri adına layiq
görülmüşdür.
Allah rəhmət
eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Rus Dram Teatrı
Mədəniyyət.- 2018.- 9 may.- S.6.