Maestro ev-muzeyində yad edilib
L. və
M.Rostropoviçlərin ev-muzeyində
görkəmli musiqiçi,
məşhur violonçel
ifaçısı, dirijor
Mstislav Rostropoviçin
(1927-2007) vəfatının ildönümü ilə əlaqədar anım günü keçirilib.
Tədbirdə musiqi xadimləri,
paytaxtdakı ev-muzeylərinin
direktor və əməkdaşları, musiqi
məktəblərinin müəllim
və şagirdləri,
Rusiya və Polşa səfirliklərinin
əməkdaşları iştirak
ediblər.
Muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi
Şeyla Heydərova tədbiri açaraq qonaqları salamlayıb.
Sonra maestroya həsr
olunmuş konsert proqramı təqdim olunub. Proqramda Əməkdar artist, violonçelçi
A.Miltıx, beynəlxalq
müsabiqələr laureatı,
pianoçu S.Tağızadə,
Prezident təqaüdçüsü,
violonçelçi O.Hüseynov
və başqalarının
ifasında İ.Bax, S.Raxmaninov, A.Hüseynzadə,
R.Şuman və digər müəlliflərin
əsərləri səsləndirilib.
Qonaqlar maestronun vəfatı
ilə bağlı muzeydəki xatirə kitabına yazılmış
başsağlığı mətnlərindən ibarət
sərgiyə tamaşa
ediblər. Burada tanınmış
incəsənət xadimlərinin,
səfirliklərin nümayəndələrinin,
sadə vətəndaşların
ürək sözləri
yer alıb.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Mstislav Rostropoviç ilə bağlı öz xatirələrini bölüşüb. Maestro ilə İsveçrədə görkəmli dirijor Paul Zaxerin 90 illiyinə həsr olunmuş konsert zamanı ilk tanışlığını xatırlayan F.Əlizadə deyib: “Konsertdə dünya şöhrətli bəstəkar J.Haydnın əsəri səsləndi. Tamaşaçılar maestronu gurultulu alqışlarla qarşıladılar. Ona yaxınlaşıb təbrik etmək istəyəndə artıq o, mənim Bakıdan gəldiyimi, bəstəkar olduğumu bilirdi. Tanışlığımızdan sonra Mstislav Rostropoviç mənim yaradıcılığımla, fəaliyyətimlə maraqlanmağa başladı”.
Ev-muzeyinin
direktoru Ş.Heydərova maestronun
2006-cı ildə Bakıya sonuncu gəlişindən
söz açaraq diqqətə
çatdırıb ki, o
zaman M.Rostropoviç
şəhərimizə növbəti səfərində Firəngiz
Əlizadənin “İntizar” operasına dirijorluq edəcəyini bildirmişdi:
“Təəssüf ki, bu
niyyət həyata keçmədi. Həmin günə aid xatirə şəkilləri muzeyin fondunda mühafizə
olunur”.
Mədəniyyət.- 2018.- 9 may.- S.6.