Yolumuzu gözləyən Qarabağ...

 

   Mayın 4-də Azərbaycan Xalça Muzeyində “Yolumuzu gözləyən Qarabağ” adlı tədbir keçirilib.

   Əvvəlcə Dövlət Pantomima Teatrının rejissoru, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşundaAnadan” tamaşası, daha sonra Azərbaycan Dövlət Akademik Filarmoniyasının Simli kvartetinin müşayiəti ilə modelyer Səidə Əlizadənin “Anadangeyim kolleksiyası nümayiş olunub.

   Anadan” tamaşası “Bağçada güllər” xalçasından bəhs edir. Qarabağ qrupuna aid olan xalça 1971-ci ildə toxunub, bir ananın Sərvər adlı oğluna ad günü hədiyyəsidir. Qarabağın işğalı zamanı düşmən əlinə keçən xalça 25 ildən sonra Los Ancelesdə "əntiq erməni xalçası" kimi hərraca çıxarılıb. Xalça ABŞ-da yaşayan həmyerlimiz Elşad Tahirov sayəsində Azərbaycana gətirilib.

   Muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu xalça uzun illər erməni işğalçılarının əlində olmuş və vətənə qayıtmış ilk sənət nümunəsidir: “Pantomima Teatrı ilə əməkdaşlığımız nəticəsində “Anadan” adlı tamaşa ərsəyə gəldi. Xalçanın taleyi burada kədərli və çox təsiredici formada sanki ilmə-ilmə açılıb. Burada nümayiş olunan geyim kolleksiyası daBağçada güllər” xalçasından bəhrələnərək ərsəyə gəlib. Bu nümunələr göstərir ki, muzeyin kolleksiyası yaradıcı insanlara təkan verərək öz axtarışlarında yeni-yeni istiqamətlərə sövq edir”.

   Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları Anar Şuşalı və Təranə Məmmədovanın, bədii qiraət ustası, Əməkdar artist Azad Şükürovun ifasında Şuşaya həsr olunmuş mahnılar, Qarabağ mövzusunda şeirlər səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.6.