Atəşgahda “Rənglərin festivalı”

 

   Mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Atəşgah Art Centrein birgə təşkilatçılığı ilə “Rənglərin festivalı” adlı tədbir keçirildi.

   Atəşgah Art Centre”in rəhbəri Aytən Həsənova layihə haqqında məlumat verdi. Bildirdi ki, festivalda sənətkarlara dəstək məqsədilə yarmarka təşkil olunub. Burada Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki s. şəhər rayonlardan 80-ə yaxın ustanın əl işləri nümayiş olunur. O cümlədənAtəşgah Art Centre”in üzvü olan 60-dan çox sənətkar bu festivalda fəal iştirak edir.

   Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Qoruqlarla , tarix-mədəniyyət abidələrinin monitorinqi təbliği sektorunun müdiri Könül Cəfərova ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəni irsinə diqqət qayğısından danışdı: “Ümummilli lider Heydər Əliyev qədim tarixə zəngin mədəniyyətə sahib Azərbaycan xalqının mədəni dəyərlərinin qorunması, inkişafı təbliğini həmişə diqqətdə saxlamışdır. Bugünkü tədbir ölkəmizin hərtərəfli inkişafını təmin etmiş ümummilli liderimizə olan dərin ehtiramın bir göstəricisidir”.

   Sektor müdiri tədbirin sənətkarlara dəstəklə yanaşı, ölkəmizin mədəniyyətinin təbliğ olunması baxımından da əhəmiyyətini diqqətə çatdırdı.

   Atəşgah məbədiDövlət Tarix-Memarlıq Qoruğunun direktor müavini Fuad Nuriyev festivalın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, belə tədbirlər qoruq ərazisində vaxtaşırı keçirilir.

   ADA-nın tələbəsi Sevinc Novruzova tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, festivalda xaricdən olan müəllimləri ilə birgə iştirak edir. Vurğuladı ki, Azərbaycan xalqının qonaqpərvərliyi, tolerantlığı xarici qonaqlara çox xoş təsir bağışlayır.

   Daha sonra sülhün rəmzi olan göyərçinlər şarlar havaya buraxıldı. Tədbir konsert proqramı ilə davam etdi.

   Qeyd edək ki, “Rənglərin festivalı”nda ölkəmizin xalq sənəti inciləri geniş nümayiş olundu. Sənətkarlıq yarmarkasında Azərbaycan xalq sənəti növlərinin bir çox sahələri: misgərlik, zərgərlik, taxta üzərində oyma işləri, xalça, kilim, tikmə, toxuma, keramika işləri s. nümayiş olundu.

   Gün ərzində davam edən festivalda Bakı şəhər məktəbliləri fəal iştirak edirdi.

   Heydər Əliyev adına Müasir təhsil kompleksinin heyəti tikmə sənəti, Bakı Oxford məktəbi keramikadan əl işlərinin hazırlanması texnologiyasını nümayiş etdirdi.

   3 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı, 87 nömrəli orta məktəbin müəllim şagird kollektivi isə musiqi əyləncə nömrələri ilə çıxış etdilər. Tədbir zamanı "AyArt studio" üzvlərinin rəsm əsərləri də sərgiləndi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 9 may.- S.9.