Tanınmış Ukrayna ədibinin əsərləri ana dilimizdə
Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşri - çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabı çapdan çıxıb.
Tərcümə Mərkəzindən bildirilib ki, əsərlərindəki lakoniklik, özünəməxsus satira və ironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.
Yazıçının
“Tarnovskilər malikanəsindəki kölgələr” və
“Mənim qarayanız, qıvrımsaç günəşim”
romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının
işığında”, “Göbələk
çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı
iz”, “Dovşan” hekayələrinin
yer aldığı kitabı Azərbaycan
dilinə Etimad Başkeçid
tərcümə edib.
Mədəniyyət.- 2018.- 9 may.- S.10.